Bakı. Trend:
2025-ci ildə 109 qeyri-kommersiya qurumu dövlət qeydiyyatına alınıb.
Trend-in məlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.
Bildirilib ki, müxtəlif mənbələrdən vətəndaş cəmiyyəti institutlarına 455,5 milyon manata yaxın qrant, ianə və xidmət müqavilələri üzrə vəsait ayrılıb.
