Bakı.Trend:
2025-ci ildə Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisələr tərəfindən istehsal edilən məhsul həcmində əvvəlki ilə müqayisədə 44,1% artım olub.
Trend-in məlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.
Hesabatda qeyd edilir ki, ötən il nazirliyin müəssisələri tərəfindən ixrac edilən məhsulların həcmi əvvəlki ilə müqayisədə 57% artıb. Bununla yanaşı mərkəzi icra hakimiyyəti orqanları və aidiyyəti təşkilatlarla mülki və ikili təyinatlı məmulatların istehsalına dair imzalanmış müqavilələr üzrə öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi işləri uğurla həyata keçirilib.
