...

Yeni hakim təyin olunan vəkillər təltif edilib

Cəmiyyət Materials 13 Mart 2026 11:22 (UTC +04:00)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Vəkillər Kollegiyasının rəhbərliyi hakim vəzifəsinə yeni təyin edilən vəkilləri təltif edib.

Trend xəbər verir ki, bu barədə VK Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimində elan olunub.

Tədbirdə çıxış Kollegiyasının sədri Anar Bağırov bildirib ki, bu fakt vəkillik institutunun ölkənin məhkəmə sistemində də etibarlı və peşəkar kadr bankına çevrildiyini göstərir.

Kollegiyanın həm Məhkəmə-Hüquq Şurasında, həm də Hakimlərin Seçki Komitəsində uğurla təmsil olunduğunu söyləyən sədr hakim vəzifəsinə təyin olunan keçmiş vəkillərin məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə mühüm töhfə verəcəklərinə inandığını deyib, onların hər zaman qanunun aliliyinə və etik davranış prinsiplərinə sadiq qalacaqlarına əminliyini ifadə edərək bu şərəfli fəaliyyətlərində uğurlar diləyib.

Daha sonra hakim vəzifəsinə təyin olunan şəxslər VK Rəyasət Heyətinin qərarı ilə Fəxri Fərmanla təltif olunublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti