Bakı.Trend:
Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi Kərəm Mirzəyevin oğlu Cahandar Mirzəyev Vəkillər Kollegiyasına üzv qəbul olunub.
Trend xəbər verir ki, bu barədə bu gün Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimində elan olunub.
Qeyd edək ki, Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi Kərəm Mirzəyev 1960-cı il mayın 20-də Qubadlı rayonunun Xanlıq kəndində anadan olub. O, 1992-ci ilin 1 oktyabr tarixində Laçın rayonunun Mazutlu kəndi uğrunda gedən döyüşdə şəhidlik zirvəsinə yüksəlib.
