Bakı. Trend:
Martın 14-də gözlənilən hava şəraiti açıqlanıb.
Trend Milli
Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, sabah Bakıda
və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı,
arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə
və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi səhər
cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 2 dərəcədən 5 dərəcəyədək, gündüz 8
dərəcədən 13 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 768 mm civə
sütunu, nisbi rütubət isə gecə 75-80 %, gündüz 55-60 % təşkil
edəcək.
Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi,
lakin səhər və axşam bəzi şimal və qərb rayonlarında arabir
yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
Arabir duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 2 dərəcədən 6 dərəcəyədək, gündüz 9
dərəcədən 14 dərəcəyədək, dağlarda gecə -5 dərəcədən -10
dərəcəyədək, gündüz -3 dərəcədən 2 dərəcəyədək olacaq.
