...

35–40 il əvvəl Bakıda quraşdırılan liftlərin istismar müddəti çoxdan bitib – Vitse-spiker

Cəmiyyət Materials 13 Mart 2026 12:27 (UTC +04:00)
35–40 il əvvəl Bakıda quraşdırılan liftlərin istismar müddəti çoxdan bitib – Vitse-spiker
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Təxminən 35–40 il bundan əvvəl Bakı şəhərində kooperativ evlər tikilib və bu evlərə quraşdırılan liftlərin istismar müddəti çoxdan keçib.

Trend xəbər verir ki, bunu Milli Məclisin sədrinin birinci müavini Əli Əhmədov parlamentin bugünkü plenar iclasında Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deyib.

Ə.Əhmədov bildirib ki, söhbət təxminən 1000 ədəd liftdən gedir:

“Həmin binalarda yaşayan insanların bu liftlərin dəyişdirilməsi üçün imkanları çatmadığından hesab edirəm ki, hökumət həmin məsələyə müdaxilə etməsə, liftlərin dəyişdirilməsi çox çətin bir problemə çevriləcək və eyni zamanda çox qısa bir vaxtda risklər yarana bilər. Xahiş edirəm ki, hökumət bu məsələnin vəsait tələb etməsinə baxmayaraq, 5 illik və ya ola bilər ki, 10 illik proqram şəraitində reallaşması üçün addım atsın”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti