...

2025-ci ildə haqqı ödənilən ictimai işlərə cəlb olunmuş şəxslərin sayı məlum olub

Cəmiyyət Materials 13 Mart 2026 11:03 (UTC +04:00)
2025-ci ildə haqqı ödənilən ictimai işlərə cəlb olunmuş şəxslərin sayı məlum olub
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ildə 7 min nəfər şəxs haqqı ödənilən ictimai işlərə cəlb edilib.

Trend-in məlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.

Hesabata görə, onlardan 215 nəfəri şəhid ailəsi üzvü, 723 nəfəri əlliliyi olan şəxslərdir. O cümlədən173 nəfəri müharibə ilə əlaqədar əllilliyi müəyyən edilmiş şəxs, 696 nəfəri müharibə veteranı, 396 nəfəri keçmiş məcburi köçkün, 2.8 min nəfəri qadın, 699 nəfəri 29 yaşadək gənclər, 18 nəfəri 20 yaşadək gənc, 290 nəfəri isə pensiya yaşına iki ildən az qalmış şəsxlər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti