Bakı. Trend:
Yaxın Şərqdə davam edən eskalasiyalar fonunda Fransa Prezidenti Emmanuel Makron İraqın Ərbil şəhərində bir fransız hərbi qulluqçunun dron hücumu nəticəsində həlak olduğunu bildirib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
“7-ci Alp atıcıları batalyonunun baş çavuşu Arno Frion İraqın Ərbil bölgəsinə edilən hücum zamanı Fransa uğrunda həlak olub”, – Fransa lideri "X" sosial şəbəkəsində yazıb.
Makron hücum nəticəsində bir neçə hərbçinin yaralandığını da təsdiqləyib.
Daha əvvəl KİV dron hücumunun kürd dəstələri və Fransa qüvvələrinin birgə yerləşdiyi bazaya edildiyini barədə yazmışdı.
