Bakı. Trend:
Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi ölkənin hava hücumlarından müdafiə qüvvələrinin krallığın şərq və mərkəzi əyalətlərinə doğru irəliləyən daha 10 dronu zərərsizləşdirdiyini bildirib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, bir neçə saat ərzində Səudiyyənin hava məkanında vurulmuş İran dronlarının ümumi sayı 50-ə yaxınlaşıb. Yerli medianın yazdığına görə, son hücumda pilotsuz uçuş aparatlarının miqdarı əvvəlki hücum dalğalarına nisbətən daha çox olub
Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum edib.
İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali Lideri seçib.
1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın
Şərqin müxtəlif ölkələrini əhatə edib.
ABŞ tərəfinin itkisinin 8 ölü, 140-dan çox yaralı olduğu
bildirilib.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə çağırıb.
