...

2026-cı ildə 65 min hektardan çox ərazi minalardan təmizlənəcək

Cəmiyyət Materials 13 Mart 2026 11:35 (UTC +04:00)
2026-cı ildə 65 min hektardan çox ərazi minalardan təmizlənəcək
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ildə 69.2 min hektar, ümumilikdə isə 2020-ci ildən azad edilmiş ərazilərdə 249 min hektara yaxın ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənib.

Trend xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bugünkü plenar iclasında Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deyib.

Baş nazir bildirib ki, ümumilikdə tapıntıların sayı 237 min ədəd təşkil edib.

Ə.Əsədov vurğulayıb ki, 2026-cı ildə 65 min hektardan artıq ərazinin minalardan təmizlənməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti