...

Makron İraqda hərbi bazaya hücum nəticəsində Fransa əsgərinin öldüyünü açıqladı

Dünya xəbərləri Materials 13 Mart 2026 07:27 (UTC +04:00)
Makron İraqda hərbi bazaya hücum nəticəsində Fransa əsgərinin öldüyünü açıqladı

Bakı. Trend:

İraq Kürdüstanının Ərbil şəhəri yaxınlığındakı hərbi bazaya edilən hücum zamanı 7-ci Alp Atıcı Batalyonunun adyutant-rəisi Arnaud Frion həlak olub.

Trend-in məlumatına görə, bu barədə Fransa prezidenti Emmanuel Makron "X" sosial şəbəkəsində yazıb.

"Millətin minnətdarlığını və həmrəyliyini onun ailəsinə və yoldaşlarına bildirmək istəyirəm. Bir neçə hərbçimiz yaralanıb. Fransa onlara və onların yaxınlarına öz dəstəyini ifadə edir", - deyə o bildirib.

Makron İŞİD-ə qarşı mübarizədə iştirak edən Fransa qüvvələrinə edilən hücumu qəbuledilməz adlandırıb.

"Onların İraqdakı mövcudluğu yalnız terrorizmə qarşı mübarizə kontekstindədir. İrandakı müharibə bu cür hücumlar üçün bəraət qazandıra bilməz", - deyə Fransa prezidenti əlavə edib.

Qeyd edək ki, bundan əvvəl Ərbil qubernatoru Omed Xoşnav İranın hərbi bazaya dron hücumu nəticəsində altı Fransa əsgərinin yaralandığını bildirmişdi. O, hamısının yüngül yaralandığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti