...

Bakı və Çin ticarət dövriyyəsi üzrə yeni rekorda imza ata bilər - Səfir

İqtisadiyyat Materials 13 Mart 2026 11:28 (UTC +04:00)
Bakı və Çin ticarət dövriyyəsi üzrə yeni rekorda imza ata bilər - Səfir
Aygün Bəliyarli
Aygün Bəliyarli
Bütün xəbərlər

Bakı. Trend:

Bu il Azərbaycan ilə Çin arasındakı ticarət dövriyyəsinin yeni tarixi rekord səviyyəsinə çatacağı gözlənilir.

Trend xəbər verir ki, bunu Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Lu Mey bu gün Bakıda keçirilən brifinqdə bildirib.

“Çin və Azərbaycan arasında praktik əməkdaşlıq böyük potensiala malikdir və gələcək inkişaf üçün geniş imkanlar açır”, – deyə o qeyd edib.

Səfirin sözlərinə görə, Çin yüksək texnologiyalı sənaye, süni intellekt, informasiya texnologiyaları və infrastruktur sahələrində qabaqcıl texnologiyalarını Azərbaycanla bölüşməyə hazırdır.

“Çin tərəfi həmçinin müxtəlif növ Azərbaycan məhsullarının Çin bazarına tədarükünün genişləndirilməsini alqışlayır”, – deyə Lu Mey vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti