...

Ötən il neçə məhkum cəzadan vaxtından əvvəl şərti azad olunub?

Cəmiyyət Materials 13 Mart 2026 11:19 (UTC +04:00)
Ötən il neçə məhkum cəzadan vaxtından əvvəl şərti azad olunub?
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ildə 2,5 mindən çox məhkum məhkəmələr tərəfindən vaxtından əvvəl şərti azad olunub və ya cəzası yüngülləşdirilib.

Trend-in məlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.

Bildirilib ki, məhkumların müraciət imkanlarının genişləndirilməsi məqsədilə Ədliyyə Nazirliyində yaradılmış Komissiyanın iclaslarında penitensiar müəssisələrdə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi və cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi ilə bağlı hüquqları yaranmış 12 mindən çox məhkumun şəxsi işləri müzakirə edilərək müraciətlərinə baxılıb və onlardan 5,3 mindən çoxuna müsbət rəy verilib.

Bu məhkumlardan 2,5 mindən çoxu məhkəmələr tərəfindən vaxtından əvvəl şərti azad olunub və ya cəzası yüngülləşdirilib, bir qisminin müraciəti isə hazırda baxılmaqdadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti