...

Böyük Qayıdış: 2025-ci ildə hansı yaşayış məntəqəsinə neçə nəfər qayıdıb? – SİYAHI

Cəmiyyət Materials 13 Mart 2026 11:01 (UTC +04:00)
Böyük Qayıdış: 2025-ci ildə hansı yaşayış məntəqəsinə neçə nəfər qayıdıb? – SİYAHI
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci il ərzində işğaldan azad edilən 15 781 nəfərdən ibarət 3 893 ailə köçürülüb.

Trend-in məlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.

Bildirilib ki, 2025-ci il ərzində işğaldan azad edilən ərazilərə köçürülmə barədə konkret rəqəmlər aşağıdakı kimidir:

Sıra № Rayon Şəhər/qəsəbə/kənd Ailə Nəfər
1 Cəbrayıl Cəbrayıl şəhəri 376 1704
2 Şuşa Şuşa şəhəri 8 23
3 Xocalı Xocalı şəhəri 68 323
4 Kəlbəcər Kəlbəcər şəhəri 108 450
5 Füzuli Füzuli şəhəri 1 5
6 Laçın Laçın şəhəri 37 155
7 Ağdam Ağdam şəhəri 103 405
8 Xocavənd Qırmızı Bazar qəsəbəsi 122 513
9 Xocavənd Hadrut qəsəbəsi 48 186
10 Xankəndi şəhəri Kərkicahan qəsəbəsi 30 115
11 Xocalı Ballıca kəndi 191 787
12 Xocalı Xanyurdu kəndi 123 431
13 Xocalı Təzəbinə kəndi 139 609
14 Xocalı Şuşakənd kəndi 114 428
15 Xocalı Badara kəndi 58 220
16 Xocalı Daşbulaq kəndi 35 138
17 Xocalı Seyidbəyli kəndi 59 216
18 Ağdərə Həsənriz kəndi 255 989
19 Ağdərə Suqovuşan kəndi 180 592
20 Ağdərə Kolatağ kəndi 33 120
21 Ağdərə Vəngli kəndi 137 535
22 Ağdam Sarıcalı kəndi 188 785
23 Ağdam Kəngərli kəndi 283 1206
24 Ağdam Xıdırlı kəndi 649 2571
25 Laçın Bəylik kəndi 89 363
26 Xocavənd Sos kəndi 85 360
27 Zəngilan Ağalı kəndi 51 137
28 Zəngilan Məmmədbəyli kəndi 132 653
29 Cəbrayıl Horovlu kəndi 191 762
30 Yekun Yekun 3893 15781

Hazırda işğaldan azad edilmiş ərazilərdə artıq 30 minə yaxın köçkün evlərlə təmin edilib və orada yaşayır, ümumilikdə isə 74 750 nəfər bu ərazilərdə yaşamaqla inşaat, dövlət işlərində və digər sahələrdə müxtəlif vəzifələrdə çalışırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti