Bakı. Trend:
İranın enerji obyektlərinə hücum ediləcəyi təqdirdə, Yaxın Şərqdəki ABŞ-la əlaqəli bütün neft və qaz infrastrukturunu məhv edəcək.
Trend-in məlumatına görə, bu barədə İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiya" mərkəzi qərargahının nümayəndəsi bildirib.
"Təcavüzkar hökuməti və onun bütün müttəfiqlərini xəbərdar edirik ki, İran İslam Respublikasının enerji infrastrukturuna və limanlarına ən kiçik bir hücum sarsıdıcı və dağıdıcı cavabımıza səbəb olacaq. Belə bir hücum baş verərsə, ABŞ və Qərb müttəfiqlərinin maraqlandığı bölgədəki bütün neft və qaz infrastrukturu yandırılacaq və məhv ediləcək", - deyə bildirilib.