Bakı. Trend:
Ötən il elmi müəssisə və təşkilatlar tərəfindən dəyəri 230 milyon manatdan çox işlər yerinə yetirilib. Onun təxminən 98 faizini elmi-texniki işlər təşkil edib.
Trend-in məlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.
Hesabata görə, əvvəllki illə müqayisədəfundamental və tətbiqi tədqiqatların dəyəri 6.2 faiz, son 10 ildə isə 2.4 dəfə artıb.Tədqiqat işlərinə çəkilmiş daxili xərclər əvvəlki illə müqayisədə 2.1 dəfə artaraq 262.5 milyon manat təşkil edib.
Fundamental və tətbiqi tədqiqatlara çəkilmiş cari xərclərib 35.3 faizi təbiət elmləri, 32.9 faizi humanitar və ictimai elmlər, 18.3 faizi texnika elmləri, 7.6 faizi tibb elmləri, 5.9 faizi isə aqrar elmlər sahəsinə sərf edilib.
