...

Son hadisələr quru sərhədlərin bağlı saxlanılmasının nə qədər zəruri olduğunu göstərir – Baş nazir

Cəmiyyət Materials 13 Mart 2026 11:16 (UTC +04:00)
Son hadisələr quru sərhədlərin bağlı saxlanılmasının nə qədər zəruri olduğunu göstərir – Baş nazir
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün regionda cərəyan edən mürəkkəb geosiyasi proseslər, artan gərginlik və risklər fonunda Prezident İlham Əliyevin ardıcıl və praqmatik xarici siyasət kursu, uzaqgörən strateji baxışı və milli maraqlara əsaslanan prinsipial mövqeyi nəticəsində Azərbaycanın suverenliyi və sərhədlərinin toxunulmazlığı etibarlı şəkildə təmin olunmaqdadır.

Trend xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bugünkü plenar iclasında Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deyib.

Baş nazir xatırladıb ki, ötən həftə İran ərazisindən Azərbaycanın Naxçıvan Muxtar Respublikasının ərazisində pilotsuz uçuş aparatlarının istifadəsi ilə bağlı hadisə baş verib.

“Baş verən bu xoşagəlməz hadisə fonunda Azərbaycan cəmiyyəti və beynəlxalq ictimaiyyət bir daha əmin oldu ki, Prezident İlham Əliyev xalqının təhlükəsizliyini qoruyan və hər zaman öz xalqının arxasında duran güclü liderdir.

Son dövrdə regionda cərəyan edən hadisələr Azərbaycanın quru sərhədlərinin bağlı saxlanılması qərarının nə qədər əsaslı və zəruri olduğunu göstərir, eyni zamanda Prezident İlham Əliyevin uzaqgörən və müdrik dövlətçilik siyasətinin növbəti təsdiqidir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti