...

2025-ci ildə hansı ölkələrlə viza tələbi ləğv edilib?

Cəmiyyət Materials 13 Mart 2026 11:15 (UTC +04:00)
2025-ci ildə hansı ölkələrlə viza tələbi ləğv edilib?
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ildə hansı ölkələrlə imzalanmış ikitərəfli müqavilələrə uyğun olaraq vətəndaşların qarşılıqı viza tələbindən azad edildiyi məlum olub.

Trend-in məlumatına görə, bu barədə məlumat Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında yer alıb.

Bildirilib ki, 2025-ci ildə bir sıra ölkələrlə imzalanmış ikitərəfli müqavilələrə uyğun olaraq Azərbaycan Respublikası ilə Fici və Antiqua və Barbuda arasında ümumvətəndaş, xidməti və diplomatik pasportların, Azərbaycan Respublikası ilə Benin, Dominikan, Bangladeş, Bahama adaları, Tailand, Nepal, Qvatemala arasında xidməti və diplomatik pasportların, Azərbaycan Respublikası ilə Oman, İordaniya, Peru, Kolumbiya, Malayziya, Çin Xalq Respublikasının Hong-Konq Xüsusi İnzibati regionu və Çin Xalq Respublikasının Makau Xüsusi İnzibati regionu arasında ümumvətəndaş, Azərbaycan Respublikası ilə Kamboca arasında xidməti pasportların sahibləri viza tələbindən azad edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti