...

Anar Bağırov vəkil olmaq üçün müraciət edənlərin sayını açıqlayıb

Cəmiyyət Materials 13 Mart 2026 10:47 (UTC +04:00)
Anar Bağırov vəkil olmaq üçün müraciət edənlərin sayını açıqlayıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Bu gün yüzlərlə hüquqşünas vəkil olmaq arzusundadır. Son illərdə 7000-ə yaxın hüquqşünaas imtahan prosesinə qatılaraq vəkil olmaq üçün müraciət edib.

Trend xəbər verir ki, bu fikirləri bu gün Vəkillər Kollegiyasının sədri Anar Bağırov, Kollegiyanın təntənəli andiçmə və təltifetmə mərasimində bildirib.

A.Bağırov qeyd edib ki, Vəkillər Kollegiyası imtahanları tam şəffaf şəkildə keçirir:

"Heç bir xarici ölkədə Vəkillər Kollegiyası hesabatları dərc etmir. Biz çalışırıq ki, həmin statistikalardakı boşluqları aradan qaldıraq. Vəkillər, dövlət hesabına çıxdıqları işlərdə öz vəzifələrini layiqincə yerinə yetirdiklərini sübut etməlidirlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti