...

Azad edilən ərazilərdə yeni RYTS-lərin quraşdırılması istiqamətində iş aparılır

Cəmiyyət Materials 13 Mart 2026 11:17 (UTC +04:00)
Azad edilən ərazilərdə yeni RYTS-lərin quraşdırılması istiqamətində iş aparılır
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ildə televiziya və radio proqramların yayımı üçün 11 ədəd Radio-Televiziya Yayım Stansiyasının (Şuşa, Kəlbəcər, Mincivan (Zəngilan), Xanlıq (Qubadlı), Şahyeri (Hadrut), Laçın və Balasoltanlı (Qubadlı), Həsənriz 1, Həsənriz 2, Talış və Kiçik Qarabey (Ağdərə)) fəaliyyəti bərpa edilib.

Trend-in məlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.

Bildirilib ki, tələbata uyğun ərazidə yeni RYTS-lərin quraşdırılması istiqamətində işlər aparılır.

Bu stansiyalar vasitəsilə hazırda Şuşa, Xankəndi, Xocalı, Laçın, Kəlbəcər, Xocavənd, Qubadlı, Füzuli, Cəbrayıl, Zəngilan, Ağdam, Ağdərə və digər ətraf ərazilərdə radio-televiziya yayımları təmin edilir.

Şuşa, Laçın, Zəngilan və Ağdam şəhərlərində proqram təminatı əsaslı məsafədən idarə edilən radiomonitorinq stansiyaları quraşdırılmaqla həmin ərazilərdə real vaxt rejimində efirə radionəzarət təmin edilib. Daha 6 məntəqədə stansiyaların qurulması ilə bağlı işlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti