Bakı. Trend:
Ölkə əhalisinin təsərrüfat-içməli su təxhizatına sanitariya nəzarəti məqsədilə Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin laboratoriyalarında 2025-ci il ərzində 61 şəhər və rayonun su təchizatı sistemlərindən nümunələr götürülüb.
Trend-in məlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.
Hesabata görə, bakterioloji və fiziki-kimyəvi göstərcilərə görə ayrı-ayrılıqda 702 su nümunəsi müayinə edilib.
Həmin nümunələrdən 1 faizi orqanoleptik, 0.5 faizi kimyəvi, 2.8 faizi isə bakterioloji göstəricilərinə görədövlət standartlarının tələblərinə cavab verməyib.
