Bakı. Trend:
Penitensiar müəssisələrdəki məhkumların səhhətində yaranmış problemlərin həll edilməsi məqsədilə “Məsafədən müayinə sistemi” yaradılıb.
Trend-in məlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.
Bildirilib ki, penitensiar müəssisələrdəki məhkumların səhhətində yaranmış problemlərin həll edilməsi, operativ və çevik reaksiya verilməsi üçün videozəng vasitəsilə tibb müəssisələri ilə əlaqənin qurulması məqsədilə “Məsafədən müayinə sistemi” yaradılıb və sistemin 2026-cı ildə istifadəyə verilməsi nəzərdə tutulur.
