...

Nazirliyin 3 müəssisəsi universitetlərin tabeliyinə veriləcək: 8 yeni institut yaradılacaq

Cəmiyyət Materials 13 Mart 2026 11:07 (UTC +04:00)
Nazirliyin 3 müəssisəsi universitetlərin tabeliyinə veriləcək: 8 yeni institut yaradılacaq
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

"Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 4 aprel tarixli 545 nömrəli Sərəncamının 1-ci hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 7 oktyabr tarixli 292 nömrəli Qərarı ilə Nazirliyin tabeliyində publik hüquqi şəxslər olaraq 8 İnstitutun (Geologiya, Coğrafiya, Fizika, Kimya, Riyaziyyat, Botanika, Canlı Sistemlərin Tədqiqi və Molekulyar Biologiya) yaradılması istiqamətində işlərin həyata keçirilməsinə başlanılıb.

Trend-in məlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.

Hesabata görə, eyni zamanda, Nazirliyin tabeliyindəki üç müəssisənin müvafiq universitetlərin tabeliyinə verilməsi istiqamətində hazırlıq işlərinə də başlanıb. Polimer Materialları İnstitutunun Sumqayıt Dövlət Universitetinin, Ekologiya və Təbii Ehtiyatlar İnstitutu (Gəncə), Bioresurslar İnstitutu (Gəncə), Aqrar Problemlər İnstututu (Gəncə) və NəbatatBağının (Gəncə) Gəncə Dövlət Universitetinin, Təbii Ehtiyatlar İnstitutu (Naxçıvan), Bioresurslar İnstitutu (Naxçıvan) və Batabat Astrofizika Rəsədxanasının (Naxçıvan) Naxçıvan Dövlət Universitetinin tabeliyinə verilməsi ilə bağlı tədbirlər görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti