...

2025-ci ildə Azərbaycana 13 cənazə gətirilib

Cəmiyyət Materials 13 Mart 2026 11:18 (UTC +04:00)
2025-ci ildə Azərbaycana 13 cənazə gətirilib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Diaspor fəaliyyətinin əlaqələndirilməsi istiqamətində 2018-ci ildən başlanan işlər əsasında hazırda 44 ölkə üzrə 16 Xaricdə Yaşayan Azərbaycanlıların Koordinasiya Şurası fəaliyyət göstərir.

Trend-in məlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.

Bildirilib ki, 2025-ci il 8 may tarixində Livanın Kavaşra kəndində Azərbaycan Evinin açılış mərasimi keçirilib. Beləliklə, dünya ölkələri üzrə Azərbaycan evlərinin sayı 20 ölkə üzrə 31-ə çatıb.

2025-ci il ərzində Azərbaycan Respublikasına 13 cənazə gətirilib, 2 müraciət əsasında fövqəladə hallar zamanı dəymiş zərərin ödənilməsi ilə bağlı yardım göstərilib, 24 müraciət əsasında isə sosial yardım olunub.

Hazırda 24 ölkədə (Fransa, Almaniya, Finlandiya, İsveçrə, İsveç, Avstriya, Niderland, Çexiya, Litva, Yunanıstan, Norveç, İspaniya, Macarıstan, Qazaxıstan, Gürcüstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Şimali Kipr, Misir, ABŞ, Kanada, Böyük Britaniya, Moldova) 90-dan çox həftəsonu məktəbi fəaliyyət göstərir.

Dünya azərbaycanlılarının həyat və fəaliyyətindən bəhs edən, bu günədək 40 ölkədə çəkilişləri aparılan Diasporla İş üzrə Dövlət Komitəsinin internet televiziyası Diaspor TV və İctimai Televiziyanın ortaq layihəsi olan “Vətən uzaqda deyil” proqramının 8 il ərzində 200-ə yaxın buraxılışı hazırlanaraq yayımı təmin olunub.

Diaspor FM-də diaspor həyatına dair reportajlar, müsahibələr, maarifləndirici verilişlər və digər media materialları geniş auditoriyaya təqdim olunub, 2025-ci il ərzində 120 veriliş yayımlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti