Bakı. Trend:
Kəlbəcər rayonunun 855 ailəlik (birinci mərhələdə 547 ailəlik) Zar kənd yaşayış məntəqəsi üzrə 225,18 hektar torpaq sahəsində 547 ədəd birmərtəbəli (131 ikiotaqlı, 289 üçotaqlı, 92 dördotaqlı, 35 beşotaqlı) fərdi yaşayış evinin tikintisi nəzərdə tutulub.
Trend-in məlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.
Bildirilib ki, həmçinin 528 şagird yerlik məktəb, 100 yerlik uşaq bağçası, inzibati bina, həkim-tibb məntəqəsinin tikintisi nəzərdə tutulub.
Qeyd edilib ki, kəndin tikintisinə 2025-ci ilin may ayında başlanılıb və qeyd olunan işlərin 2026-cı ildə başa çatdırılması planlaşdırılır.
