Bakı. Trend:
İrandan İsrailin şimalında bir binaya raket hücumu nəticəsində təxminən 60 nəfər yaralanıb.
Trend-in məlumatına görə, bu barədə "The Jerusalem Post" qəzeti təcili tibbi yardım xidmətinə istinadən xəbər verib.
Məlumata əsasən, İranın raket hücumu nəticəsində 58 nəfər yaralanıb. Bir nəfərin vəziyyəti orta-ağır, 57 nəfər isə yüngül xəsarət alaraq tibbi yardım üçün yaxınlıqdakı xəstəxanalara təxliyə edilib.
İsrail polisi də öz növbəsində əlavə edib ki, zərbə nəticəsində binaya ziyan dəyib. Partlayıcı maddələrin zərərsizləşdirilməsi üzrə mütəxəssislər hazırda hadisə yerində işləyirlər.
