Bakı. Trend:
Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə qüvvələri İranın dünyanın ən böyük neft yataqlarından biri olan "Şeyba" yatağına doğru atdığı doqquz dronu məhv edib.
Trend-in məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi bildirib.
"Gün başlayandan bəri ölkənin hava hücumundan müdafiə qüvvələri Rub əl-Xali səhrasında yerləşən "Şeyba" neft yatağında buraxılan doqquz İran PUA-sını ələ keçirərək məhv edib", - deyə nazirlik bildirib.