...

Qubada xeyli silah-sursat aşkarlanıb

Hadisə Materials 13 Mart 2026 12:02 (UTC +04:00)
Qubada xeyli silah-sursat aşkarlanıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Qubada xeyli silah-sursat aşkarlanıb.

Trend-in məlumatına görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən profilaktik tədbirlər zamanı vətəndaşlar tərəfindən könüllü olaraq 4 ov tüfəngi, 1 avtomat, 30 patron və 1 ədəd patron darağı polisə təhvil verilib.

Bundan əlavə, rayonun Qonaqkənd qəsəbəsi ərazisində 1 qumbara, 6 ov tüfəngi və 19 ədəd patron aşkarlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti