...

Ötən il keçmiş məcburi köçkünlərə 287 milyon manatadək müavinət ödənilib

Cəmiyyət Materials 13 Mart 2026 11:15 (UTC +04:00)
Ötən il keçmiş məcburi köçkünlərə 287 milyon manatadək müavinət ödənilib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Hesabat ilinin sonuna vahid aylıq müavinət alan keçmiş məcburi köçkünlərin sayı 387,3 min nəfər təşkil edib ki, bunlardan da 44,8 min nəfər 33 manat, 342,5 min nəfər isə 60 manat alanlar olub.

Trend-in məlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.

Bildirilib ki, bu məqsədlə dövlət büdcəsindən məcburi köçkünlərə ümumilikdə 286 711,2 min manat (o cümlədən 859,9 min manat bank xərcləri) məbləğində vəsait xərclənilib.

İl ərzində məcburi köçkünlərin siyahılarında mütəmadi olaraq aparılmış dürüstləşmələr nəticəsində müavinət alanların sayı 21,1 min nəfər azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti