...

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslər həvəsləndiriləcək – YENİ QANUN

Cəmiyyət Materials 13 Mart 2026 11:10 (UTC +04:00)
Korrupsiya ilə əlaqədar məlumat verən şəxslər həvəsləndiriləcək – YENİ QANUN
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda yeni “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” Qanun qəbul ediləcək.

Trend-in məlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.

Bildirilib ki, hesabat ilində “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” Qanunun, habelə ondan irəli gələn digər qanun və fərmanların layihələri hazırlanaraq aidiyyəti üzrə təqdim edilib.

“Orqanların (qurumların) fəaliyyətində korrupsiya risklərinin idarə edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” qərar layihəsinin təkmilləşdirilməsi istiqamətində işlər görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti