Bakı. Trend:
2025-ci ildə 149 uşaq övladlığa verilib. Onların 78-i oğlan, 71-i qız olub.
Trend-in məlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.
Hesabata görə, övladlığa götürülmüş uşaqlardan 32-si uşaq müəssisəsindən, 57-si qohumları tərəfindən, 35 uşaq ögey valideyn tərəfindən, 22 uşaq valideynlərin razılığı əsasında, 3 uşaq isə əcnəbilər tərəfindən övladlığa götürülüb.
2025-ci ildə valideyn himayəsindən məhurm olmuş 293 uşaq uçota lınıb. Onlardan 152-si qız, 141-i oğlan olub.
Reinteqrasiya tədbiləri nəticəsində 176 uşaq isə ailələrinə qaytarılıb.
Qeyd edək ki, 2020-ci ildən indiyədək ümumilikdə 840 uşaq ailələrə qaytarılıb.
