...

Son beş ildə magistraturaya qəbul 37 faiz artıb

Cəmiyyət Materials 13 Mart 2026 11:07 (UTC +04:00)
Son beş ildə magistraturaya qəbul 37 faiz artıb
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Magistratura səviyyəsində faktiki tələbə qəbulu üzrə son 5 ildə artım müşahidə olunub.

Trend-in məlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.

Hesabata görə,2021-2022-ci tədris ilində 10.5 min nəfər olan faktiki qəbul 2025-2026-cı tədris ilində 14.3 min nəfərə çatıb. Bu da 3.8 min nəfər, yəni 37 faiz artım deməkdir.

Qeyd edək ki, 2025-2026-cı tədris ili üçün magistraturaya tələbə qəbulu 17.5 min nəfər olub.Tədris ilində çagistratura səviyyəsi üzrə 14.3 min nəfər ali təhsil müəssisələrinə qəbul olub və qəbul planı81.7 faiz dolub. Tələbələrdən 7.1 min nəfəri (40.4 faiz) dövlət sifarişli təhsil almaq hüququ qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti