Bakı. Trend:
Hesabat ilində ölkəyə repatriasiya edilmiş 37, ümumilikdə 255 nəfər Azərbaycan Respublikası vətəndaşının sosial reinteqrasiyası və sosial reabilitasiyası həyata keçirilib.
Trend-in məlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.
Bildirilib ki, sözügedən 37 nəfərdən 33-ü Suriya, 1-i Rusiya, 3-ü isə Fələstindən repatriasiya edilib.
