Bakı. Trend:
Bakı şəhərində yeni ali təhsil müəssisəsinin yaradılması hazırda məqsədəuyğun hesab edilmir.
Trend-in məlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.
Bildirilib ki, hazırda Bakı şəhərində fəaliyyət göstərən bir sıra ali təhsil müəssisələrində qeyd edilən ixtisaslar üzrə geniş tədris proqramları istifadə edilməkdədir.
Bakı şəhəri və Bakı ətrafı ərazilərdə kifayət qədər ali təhsil müəssisələrin fəaliyyət göstərdiyi üçün bəzi hallarda şəhərin nəqliyyat, kommunal və digər infrastruktur sahələrinin həddindən çox yüklənməsinə səbəb olur.
Bu baxımdan Bakı şəhəri və onun inzibati ərazisinə daxil olan yaşayış məntəqələrində yeni ali təhsil müəssisəsinin yaradılması hazırda məqsədəuyğun hesab edilmir.
