...

ABŞ 60-a yaxın ölkəyə qarşı ticarət araşdırmalarına başlayıb

Dünya xəbərləri Materials 13 Mart 2026 09:08 (UTC +04:00)
ABŞ 60-a yaxın ölkəyə qarşı ticarət araşdırmalarına başlayıb

Bakı. Trend:

ABŞ administrasiyası məcburi əməkdən istifadə etməklə istehsal olunan malların idxalına dair qaydalarına görə təxminən 60 ölkəyə qarşı ticarət proseduru başladıb.

Trend-in məlumatına görə, bu barədə ABŞ Ticarət Nümayəndəliyinin 12 martda yayımlanan açıqlamasında bildirilib.

Açıqlamada deyilib ki, sözügedən dövlətlərdə ola bilər ki, "məcburi əməkdən istifadə edilməklə istehsal olunan malların idxalına qadağa qoymamış və ya effektiv şəkildə tətbiq edilməyib".

Rəsmi Vaşinqton bunun ABŞ ticarətinə hər hansı bir mənfi təsirinin olub-olmadığını müəyyən etmək istəyir. ABŞ administrasiyası qeyd edib ki, belə bir qadağa ABŞ-də qüvvədədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti