...

İran raketlərinin dəf olunmasında Rusiyadan alınmış "S-400"lərdən istifadə olunmayıb - Türkiyə MN

Dünya xəbərləri Materials 12 Mart 2026 17:17 (UTC +04:00)
İran raketlərinin dəf olunmasında Rusiyadan alınmış "S-400"lərdən istifadə olunmayıb - Türkiyə MN
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə İran ərazisindən həyata keçirilən iki raket hücumunun dəf edilməsi zamanı Rusiyadan alınmış “S-400” zenit-raket komplekslərindən istifadə etməyib. Buna səbəb ölkənin NATO-nun hava hücumundan müdafiə sisteminə inteqrasiya olunması və bu tapşırıqların yerinə yetirilməsi üçün ən uyğun vasitələrin seçilməsidir.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.

“Ölkəmizin hava və raketdən müdafiəsi təhlükə qiymətləndirilməsi və əməliyyat ehtiyaclarına uyğun olaraq çoxsəviyyəli struktur çərçivəsində həyata keçirilir. Bu kontekstdə silahlı qüvvələrin tətbiqi qaydaları və mövcud əməliyyat vəziyyəti nəzərə alınmaqla ən uyğun müdafiə elementi müəyyən edilir. Türkiyə NATO-nun inteqrasiya olunmuş hava və raketdən müdafiə sisteminin bir hissəsidir. Bu sistem erkən xəbərdarlıq sensorlarından, idarəetmə sistemindən və raketdən müdafiə vasitələrindən ibarətdir”, – deyə hərbi qurumdan qeyd olunub.

Nazirliyin açıqlamasına əsasən, Türkiyəyə yönəlmiş ballistik raket təhlükəsinin qarşısını almaq üçün ən uyğun və ən effektiv müdafiə elementləri səfərbər edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti