...

İranda 3 milyondan çox insan məcburi köçkün düşüb - BMT

Dünya xəbərləri Materials 12 Mart 2026 17:01 (UTC +04:00)
İranda 3 milyondan çox insan məcburi köçkün düşüb - BMT
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yaxın Şərqdə müharibənin başlamasından təxminən iki həftə keçdiyi bir vaxtda İranda 3,2 milyona yaxın insan məcburi köçkün düşüb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Agentliyi məlumat verib.

“İlkin qiymətləndirmələrə əsasən, davam edən münaqişə nəticəsində İranda 600,000 - 1,000,000 arasında ailə müvəqqəti olaraq ölkə daxilində köçkün vəziyyətinə düşüb ki, bu da ümumilikdə təxminən 3,2 milyon nəfər edir”, – deyə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) fövqəladə dəstək qrupunun rəhbəri və Yaxın Şərq üzrə fövqəladə vəziyyətə cavab tədbirlərinin əlaqələndiricisi Ayaki İto bildirib.

O bəyanatında əlavə edib ki, döyüş əməliyyatları davam etdikcə bu rəqəmin artacağı ehtimal olunur və bu, humanitar ehtiyacların narahatedici şəkildə artdığını göstərir.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum edib.

İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali Lideri seçib.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın Şərqin müxtəlif ölkələrini əhatə edib.
ABŞ tərəfinin itkisinin 8 ölü, 140-dan çox yaralı olduğu bildirilib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə çağırıb

Məqalədə:
Xəbər lenti

Xəbər lenti