...

XXI əsrdə təhlükəsizlik təhdidləri hibrid müharibə və kiberhücumlarla əlaqəlidir - Sebastian Kurts

Cəmiyyət Materials 12 Mart 2026 13:38 (UTC +04:00)
XXI əsrdə təhlükəsizlik təhdidləri hibrid müharibə və kiberhücumlarla əlaqəlidir - Sebastian Kurts
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Yaxın Şərq və İsrailin vəziyyətinə baxdıqda, düşünürəm ki, hamımız razılaşa bilərik ki, İran son illərdə klassik, konvensional mənada bir müharibə başlatmayıb.

Trend xəbər verir ki, bu fikirləri bu gün Avstriya Respublikasının sabiq Federal Kansleri Sebastian Kurts XIII Qlobal Bakı Forumu çərçivəsində "Qlobal Təhlükəsizlik və Güc Balansı: Beynəlxalq Hüquqa Hörmət – Yeni Məsələlər, Yeni Çağırışlar" adlı paneldə çıxışında bildirib.

Kruz bildirib ki, Yaxın Şərqdə baş verənlərə dərindən baxdıqda görürük ki, terrorizmin maliyyələşdirilməsi çox vaxt İran rejimindən qaynaqlanır:

"Regiondakı bir çox terror qruplarının ideoloji əsasları da İran rejimi ilə sıx əlaqəlidir. Bu əlaqələr yalnız Yaxın Şərqlə məhdudlaşmır, Avropada da müşahidə olunur. Məsələn, HƏMAS və digər silahlı qrupların İran rejimi tərəfindən dəstəkləndiyini görmək mümkündür.

Burada gördüyümüz şey klassik müharibə deyil, lakin bölgədə hücumlar, terror və daimi təhlükə ilə müşayiət olunan bir vəziyyətin şahidi oluruq.

Hüquqi baxımdan, cavab tədbirlərinin və ya müharibə ssenarisinə daxil olmağın nə dərəcədə qanuni olduğunu əsaslandırmaq çətin olsa da, eyni zamanda başa düşməliyik ki, XXI əsrdə təhlükələrin xarakteri dəyişib.

Məsələn, Avropaya baxdıqda, Rusiyadan Berlinə, Brüsselə və ya Vyanaya raket zərbəsi endirilməsi ssenarisi yaxın illər üçün ən real ehtimal kimi görünmür. Lakin hibrid müharibə ssenarisi – kiberhücumlar, terror, dronların hava limanlarını və digər mühüm infrastruktur obyektlərini ciddi problemlərlə üz-üzə qoyması olduqca real görünür".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti