Bakı.Trend:
Fiziki şəxsin addan, ata adından, soyaddan, təxəllüsdən(uydurma addan) ibarət adı olmaq hüququ olduğu kimi, hüquqişəxsin də firma, kommersiya və ya müəssisə adından ibarət adhüququ mövcuddur.
Bu barədə Trend-ə Ali Məhkəmədən məlumat verilib.
Bildirilib ki, bir şəxsin adından başqa biri tərəfindən icazəsiz istifadəolunması, səhv və ya təhrif edilmiş şəkildə təqdim edilməsi, şəxsin adından istifadə etməklə aldadıcı hərəkətlər edilməsi,fiziki şəxsin adının anonimləşdirilməli (məxfiləşdirilməli) olduğu halda açıq şəkildə yayılması və sair bu kimi hüquqazidddavranışlar şəxsiyyət hüquqlarına qanunsuz müdaxilə hesabedilməklə mülki məsuliyyət yaradır.
Şəxsin adından istifadə etməklə aldadıcı hərəkətlər edilməsi dedikdə həm fiziki, həm də hüquqi şəxslərə münasibətdə ediləndavranışlar, məsələn, saxta sosial şəbəkə hesabları yaradılması, müştəri cəlb etmək məqsədilə şəxsin adından istifadə edərəkvizit kartı tərtib edib paylanılması, hüquqi şəxsin adında hərfdəyişikliyi edərək haqsız rəqabətə girilməsi, tanınmış tikişfabrikinin adının əks olunduğu etiketlərin öz geyim məhsullarınayerləşdirilməsi və bu kimi digər hüquqazidd hərəkətlər başadüşülür.
Ad hüququnun pozulmasına məruz qalan şəxslər mülkiqaydada tələb irəli sürərək pozuntunun tanınması, aradanqaldırılması – adın silinməsi, anonimləşdirilməsi, gizlədilməsi, ona düzəliş edilməsi və ya cavabın verilməsi, media subyektininüzr istəməsi, hüquq pozuntusu barədə məhkəmə qərarınınmediada dərc edilməsi və sair bu kimi şəxsiyyət hüquqlarınınmüdafiə üsullarından istifadə edə bilərlər.
Qeyd edilən hərəkətlərə məruz qalan fiziki şəxslər buüsullarla yanaşı onlara dəymiş maddi və mənəvi zərərinödənilməsini də tələb edə bilərlər.
Hüquqi şəxslər isə mənəvi zərər tələb edə bilməz, yalnızpozuntu nəticəsində onlara dəymiş maddi zərərin ödənilməsinitələb edə bilərlər.
