...

Azərbaycanda virtual kartların sayı 25%-ə yaxın artıb

İqtisadiyyat Materials 12 Mart 2026 17:58 (UTC +04:00)
Azərbaycanda virtual kartların sayı 25%-ə yaxın artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin 1 yanvar tarixinə Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı 22 milyon ədəd təşkil edib, virtual kartlar istisna olmaqla ödəniş kartlarının 91.6%-i təmassız ödənişləri dəstəkləyib.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, 2024-cü il ilə müqayisədə ödəniş kartlarının sayı 10.5% artıb. Emissiya edilən ödəniş kartlarının 90.6%-ni (19.9 milyon ədəd) debet kartlar, 9.4%-ni (2.1 milyon ədəd) isə kredit kartları təşkil edib. Eyni zamanda, virtual kartların sayı 24.6% artaraq 2.3 milyon ədədə çatıb və dövriyyədə olan ödəniş kartlarının 10.7%-ni məhz virtual kartlar təşkil edib.

2025-ci il ərzində ölkə daxilində ödəniş kartları ilə aparılmış əməliyyatların ümumi həcmi 2024-cü il ilə müqayisədə 19.3% artaraq 146.7 milyard manat, o cümlədən nağdsız ödənişlərin həcmi 25.6% artaraq 99.1 milyard manat olub. 2025-ci il ərzində elektron ticarət əməliyyatlarının sayı 2024-cü il ilə müqayisədə 43.4% artaraq 1.5 milyard ədəd, həcmi isə 29.8% artaraq 86.4 milyard manat olub.

2025-ci il ərzində POS-terminallar vasitəsilə aparılan nağdsız əməliyyatların sayı 2024-cü il ilə müqayisədə 22.3% artaraq 760.5 milyon ədəd, həcmi isə 3.3% artaraq 12.7 milyard manat olub.

2025-ci il ərzində POS-terminallarla aparılan təmassız ödənişlərin sayı 2024-cü il ilə müqayisədə 22.5% artaraq 734.8 milyon ədəd, həcmi isə 4.7% artaraq 12.1 milyard manat olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti