...

2025-ci ildə Azərbaycanda əməkhaqqı kartları ilə edilən nağdsız ödənişlərin həcmi açıqlanıb

İqtisadiyyat Materials 12 Mart 2026 20:14 (UTC +04:00)
2025-ci ildə Azərbaycanda əməkhaqqı kartları ilə edilən nağdsız ödənişlərin həcmi açıqlanıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ildə Azərbaycanda əməkhaqqı kartları ilə həyata keçirilən ödənişlərin 54,2%-i nağdsız formada aparılıb.

Trend-in Mərkəzi Banka istinadən verdiyi məlumata görə, Azərbaycanda əməkhaqqı kartlarının sahibləri arasında nağdsız ödənişlərin istifadəsində artım müşahidə olunur.

Belə ki, 2025-ci ildə əməkhaqqı kartları ilə həyata keçirilən ödənişlərin 54,2%-i nağdsız formada həyata keçirilib. Azərbaycanda sosial kartlar vasitəsilə edilən ödənişlərdə nağdsız əməliyyatların payı son üç ildə 9 faiz bəndi artaraq 20%-ə çatıb.

Qeyd edək ki, yanvar ayında Azərbaycanda bank sistemləri və "Azərpoçt" ASC vasitəsilə dövriyyəyə buraxılmış ödəniş kartlarının sayı əvvəlki ayla müqayisədə 176 min artaraq 22 milyon 156 min ədədə çatıb.

2025-ci ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 11% artıb.

Debet kartlarının sayı 13,3% artıb, kredit kartlarının sayı isə 7,6% azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti