...

ABŞ İrana aid 3 təyyarəni məhv edib (VİDEO)

Dünya xəbərləri Materials 12 Mart 2026 11:35 (UTC +04:00)
ABŞ İrana aid 3 təyyarəni məhv edib (VİDEO)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) 3 İran hərbi təyyarəsinin məhv edilməsinin görüntülərini.

Trend xəbər verir ki, bu barədə CENTCOM-un rəsmi "X" səhifəsində video paylaşılıb.

Görüntüdə statik vəziyyətdə olan hədəflərin lazerli tuşlama metodu ilə raket zərbəsi ilə məhv edildiyini görmək olur.

KİV yazır ki, məhv edilən təyyarələrin İranın hərbi arsenalında olan ABŞ və Rusiya istehsalı olan C-130 Hercules və İl76 nəqliyyat təyyarələri, eləcə də ABŞ istehsalı olan “P-3 Orion” kəşfiyyat təyyarəsidir. Kadrlardakı zərbələrin İranın Cənub-Şərqində yerləşən Kerman aerodromuna endirildiyi ehtimal olunur.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum edib.

İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali Lideri seçib.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın Şərqin müxtəlif ölkələrini əhatə edib.
ABŞ tərəfinin itkisinin 8 ölü, 140-dan çox yaralı olduğu bildirilib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə çağırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti