Bakı.Trend:
Dünya sürətlə və əsaslı şəkildə dəyişir.
Trend xəbər verir ki, bunu bu gün Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Jelka Sviyanoviç “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda keçirilən XIII Qlobal Bakı Forumunun açılış mərasimində deyib.
“Dünya sürətlə və əsaslı şəkildə dəyişir və biz siyasi, iqtisadi, texnoloji və sosial sahələrdə dərin və genişmiqyaslı transformasiyanın şahidi oluruq. Belə şəraitdə sıx əlaqələr, tərəfdaşlıq və əməkdaşlıq hər zamankından daha çox zəruridir. Postsosialist cəmiyyətlərdən gələn bizlər yaxşı bilirik ki, hər bir keçid dövrü çətinliklər, qeyri-müəyyənlik və ciddi çağırışlarla müşayiət olunur. Bununla belə, biz həm də anlayırıq ki, kifayət qədər müdrik olub daha yaxşı həllər yaratmaq üçün resurslarımızı birləşdirə bilsək, hər bir böhran həm ayrı-ayrılıqda ölkələrimiz, həm də bütövlükdə , regional və qlobal səviyyədə yeni imkanlar açar”, - o bildirib.
Sviyanoviç qeyd edib ki, qlobal dəyişikliklərin bu turbulent dövrü beynəlxalq münasibətlərdə müəyyən nizamın bərpa olunması üçün də imkan yaradır.
“Son otuz ildə biz qlobal elitaların, xüsusilə Qərbdə, ədalətsizlik və riyakarlığının şahidi olmuşuq; onlar çox vaxt bəyan etdikləri dəyərlərdən sui-istifadə ediblər”, - o bildirib.
Sviyanoviç vurğulayıb ki, dialoq hər bir sivil siyasi icmanın, eləcə də hər bir regionun və ümumilikdə dünyanın ehtiyac duyduğu əsas amildir.
“Daxili və qlobal parçalanmaları effektiv şəkildə aradan qaldırmaq üçün əvvəlcə onların köklü səbəblərini anlamaq lazımdır. Bir-birimizi dinləmək və fərqli baxışları qəbul etmək istəyi də ən azı bunun qədər vacibdir; onları sadəcə başdan etmək olmaz”, - deyə o əlavə edib.
