Bakı. Trend:
"Fənərbaxça"nın futbolçusu Fred karyerasını ölkəsində davam etdirə bilər.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, "Atletiko Mineyro" braziliyalı yarımmüdafiəçini transfer etmək istəyir.
İstanbul nəhəngi Fredi satmağın əleyhinə deyil. Türkiyə klubu 33 yaşlı oyunçu üçün 12 milyon avro tələb edir.
Qeyd edək ki, "Fənərbaxça" Fredi 2023-cü ilin yayında "Mançester Yunayted"dən transfer edib. Braziliya millisinin sabiq üzvü Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 117 rəsmi matçda 15 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.
