Bakı. Trend:
Qlobal Bakı Forumu çox əhəmiyyətli bir tədbirdir.
Trend xəbər verir ki, bunu bu gün Latviyanın keçmiş prezidenti Valdis Zatlers XIII Qlobal Bakı Forumu çərçivəsində jurnalistlərə deyib.
"Forum getdikcə inkişaf edir və daha böyük əhəmiyyət kəsb edir və əlbəttə ki, hazırda yaşadığımı çətin dönəmləri qeyd etməmək düzgün olmaz. Bu gün biz bura sanki bir ailə kimi birgə işləmək, mövcud situasiya ilə bağlı tapılması son dərəcə çətin olan həll yolllarını tapmağa, müzakirə etməyə toplaşmışıq. Qlobal Bakı Forumu çox dəyərli bir tədbirdir. Bizim hamımızı qəbul etdiyi üçün Azərbaycana böyük təşəkkür düşür",- o bildirib.
Zatlers forumun vacib bir platforma olduğunu, iştirakçıların burada bir-birilə fikir və təcrübə mübadiləsi apara bildiklərini diqqətə çatdırıb.
