...

Mebel emalatxanasında 10 nəfərin ölümü ilə nəticələnən partlayışda təqsirləndirilən şəxslərin məhkəmə prosesi keçirilib

Cəmiyyət Materials 12 Mart 2026 17:19 (UTC +04:00)
Mebel emalatxanasında 10 nəfərin ölümü ilə nəticələnən partlayışda təqsirləndirilən şəxslərin məhkəmə prosesi keçirilib

Bakı. Trend:

“Bakı Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) ərazisində yerləşən mebel emalatxanasında 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən partlayışla bağlı təqsirli bilinən şəxslər barəsində olan hökmdən verilən apellyasiya şikayətləri üzrə sonuncu məhkəmə prosesi keçirilib.

Trend xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar qəbul edilib.

Qərara əsasən, verilən apellyasiya şikayətləri təmin edilməyib. Lakin təqsirləndirilən şəxslərə Amnistiya aktı şamil edilib və onların cəzası 6 ay azaldılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, təqsirləndirilən Tağı İbrahimov və Toğrul Rzayev 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Qeyd edək ki, 2024-cü ilin yanvarın 15-də paytaxtın Bakının Binəqədi rayonunda “Bakı Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinin ərazisində yerləşən mebel emalatxanalarında 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən yanğınla müşayiət olunan partlayış baş verib.

Tağı İbrahimova Cinayət Məcəlləsinin 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma) və 225.3-cü (üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydaların pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə, Toğrul Rzayevə isə həmin Məcəllənin 225.3-cü maddəsi ilə ittiham elan edilib.

Xəbər lenti

Xəbər lenti