...

Gəncədə atasını qətlə yetirən yeniyetmə ilə bağlı cinayət işi başlanıb

Cəmiyyət Materials 12 Mart 2026 09:13 (UTC +04:00)
Gəncədə atasını qətlə yetirən yeniyetmə ilə bağlı cinayət işi başlanıb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Martın 12-də Gəncə şəhər sakini Elçin Nağıyevin öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Bu barədə Trend-ə Gəncə şəhər prokurorluğundan məlumat verilib.

İlkin araşdırmalarla E.Nağıyevin yetkinlik yaşına çatmayan şəxs tərəfindən qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, yetkinlik yaşına çatmayan iş üzrə şəhər prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

Qeyd edək ki, Gəncə şəhərində 17 yaşlı Kənan Nağıyev atası bilinən Elçin Nağıyevi ov tüfəngi ilə güllələyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti