Bakı.Trend:
İran İsrailə ballistik raketlərlə hücum edir.
Trend "Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin Daxili Cəbhə Kommandanlığı məlumat yayıb.
Əhalinin təhlükəsizliyi məqsədilə İsrailin şimalındakı yaşayış məntəqələrində həyəcan təbilləri çalınır. IDF bildirir ki, ölkənin hava hücumlarından müdafiə sistemləri ballistik raketləri zərərsizləşdirməyə çalışır.
Qeyd edək ki, fevralın 26-da Cenevrədə İranın nüvə proqramı ilə bağlı ABŞ–İran danışıqlarının üçüncü raundu keçirilsə də, razılaşma əldə olunmayıb.
Fevralın 28-də ABŞ və İsrail İranın hərbi obyektlərinə genişmiqyaslı zərbələr endirib. Hücumlar nəticəsində İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei və bir sıra yüksək rütbəli hərbi-siyasi şəxslər həlak olub. İran isə buna cavab olaraq İsrailə və regiondakı ABŞ bazalarına raket və dron hücumları həyata keçirib.
Sonrakı günlərdə qarşıdurma genişlənib. ABŞ Hind okeanında İranın “IRIS Dena” freqatını batırıb, martın 8-də isə Seyid Muctaba Xamenei İranın üçüncü Ali Lideri seçilib. Münaqişə regionda təhlükəsizliyi və enerji bazarını ciddi risk altına salıb.
