...

Avropa İttifaqı Şurasının Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb (FOTO)

Siyasət Materials 11 Mart 2026 15:55 (UTC +04:00)
Avropa İttifaqı Şurasının Prezidenti Bakıda şəhidlərin xatirəsini anıb (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda rəsmi səfərdə olan Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta martın 11-də Şəhidlər xiyabanını ziyarət edib.

Trend xəbər verir ki, qonaq Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçərək şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramını bildirib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən A.Koştaya Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti