...

Yeni diaqnostika üsulları vərəmlə mübarizədə nəticələri yaxşılaşdırır? - Səhiyyə Nazirliyinin institut direktoru açıqlayıb

Cəmiyyət Materials 11 Mart 2026 16:33 (UTC +04:00)
Yeni diaqnostika üsulları vərəmlə mübarizədə nəticələri yaxşılaşdırır? - Səhiyyə Nazirliyinin institut direktoru açıqlayıb
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda Azərbaycanda vərəm xəstəliyinin aşkarlanması üçün ən müasir laborator və molekulyar diaqnostika üsullarından istifadə olunur. O cümlədən, sürətli molekulyar testlər vasitəsilə həm vərəm bakteriyasını, həm də dərmanlara davamlılıq hallarını qısa müddətdə müəyyən etmək mümkündür.

Trend xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova açıqlayıb.

Onun sözlərinə görə bu xəstələrə daha düzgün və fərdi müalicə sxemlərinin seçilməsinə imkan yaradır:

“Artıq statistik göstəricilərdə müsbət dəyişikliklər qeyd olunur. Azərbaycanda vərəmlə xəstələnmə dinamikası (100.000 əhaliyə): 2015 ildə bu göstərici 41.1 olan halda, 2025 ildə - 21,5 qeyd olunub. Xəstələrin 2/3 hissəsi kişi, 1/3 hissəsi qadındır. Azərbaycanda ilkin ağciyər vərəmli xəstələr arasında TDM-nin (Turşuya Davamlı Mikobakteriya – Vərəm Mikobakteriyası) aşkar olunması dinamikası: 2015 ildə 53% aşkarlanma olduğu halda, 2025 ildə bu göstərici 86% çatıb. Həm həssas, həm də Dərmanlara Davamlı Xəstələrin müalicə göstəriciləri daha yüksək olub. Uşaq və yeniyetmələrin vərəmlə xəstələnmə göstəriciləriləri əhəmiyyətli dərəcədə yaxşılaşıb. Əgər 2015 ildə ölkədə 369 uşaq və yeniyetmə vərəm ilə xəstəlinmişdisə, 2025 ildə xəstələnən uşaq və yeniyetmələrin sayı 198 olub. Hətta 2024 il üçün bu göstərici 278 idi, bu da əhəmmiyətli dəyişiklik olduğunun sübutudur.

İradə Axundova qeyd edib ki, ən vacib məqamlardan biri də ondan ibarətdir ki, Azərbaycanda vərəmin diaqnostikası və müalicəsi dövlət tərəfindən təşkil olunur və vətəndaşlar üçün tamamilə pulsuzdur:

“Xəstələr dərman preparatları, laborator müayinələr və zəruri tibbi xidmətlərlə təmin olunurlar. Ölkəmizdə vərəmlə mübarizə dövlət səhiyyə siyasətinin prioritet istiqamətlərindən biridir. Son illərdə yeni nəsil dərman preparatlarının tətbiqi nəticəsində xüsusilə dərmana davamlı vərəm formalarının müalicəsində daha yüksək nəticələr əldə edilir və bəzi hallarda müalicə müddətini qısaltmaq mümkün olur. Səhiyyə Nazirliyi vərəmlə mübarizə sahəsində strateji planlaşdırma, metodiki rəhbərlik və profilaktik tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Eyni zamanda, əhalinin maarifləndirilməsi, erkən diaqnostikanın təşviqi vasitəsilə vərəmlə mübarizə tədbirləri davamlı şəkildə gücləndirilir. Ümumilikdə məqsədimiz yalnız xəstəliyin müalicəsi deyil, həm də erkən aşkarlanma, profilaktika və cəmiyyətin məlumatlandırılması yolu ilə vərəmin yayılmasının qarşısını almaqdır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti